Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2023 09:24
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar - tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.

Məktəblilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən 20 Yanvar hadisələrinin şahidləri imperiya ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdikləri qanlı faciələrdən danışıblar. Vurğulanıb ki, 20 Yanvar xalqımızın qan yaddaşından heç zaman silinməyəcək. Şəhidlərin əziz xatirəsi daim uca tutulacaq.

Sonra Qanlı Yanvar gecəsinə həsr olunan sərgi və videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: