Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.01.2023 14:00
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Dendrologiya İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d, dosent Minarə Həsnova, b.ü.f.d, dosent Afiq Qazıyev, böyük elmi işçi İlhamə Mircəlallı, kiçik elmi işçilər Şəbnəm Əşrəfova, Mirməhəmməd Babayev Azərbaycan, Türkiyə, Ukrayna, Özbəkistan, İsveç və Çinin təşkilatçılığı ilə keçirilən XXXIV beynəlxalq simpoziumda iştirak ediblər.

“20 Yanvar tarixindən Qarabağ qələbəsinə qədər” adlı simpozium zoom platforması vasitəsi ilə həyata keçirilib.

Məruzəçilər 30 il ərzində işğal altında qalan torpaqlarımızdan çıxarılan qızıldan sonra ən çox talan edilən meşələrimizdən danışıblar. Ermənistan tərəfindən ərazilərimizin işğal altında qalması nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə vurulmuş zərərdən danışılıb, Qarabağın təbii sərvətlərinin, xüsusən bitki ehtiyatlarının ermənilər tərəfindən amansızcasına talan edildiyi vurğulanıb.

Elmi məruzələrdə bioloqların meşələrimizə yeni həyat verilməsinə nail olunacağı qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: