Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.02.2023 14:30
  • A-
  • A
  • A+

Gənc alimlər “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirdə iştirak ediblər

Gənc alimlər “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirdə iştirak ediblər

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan” adlı layihəyə start verib.

Layihə çərçivəsində “Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev fenomeni” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər və yeniyetmələr arasında təbliği, habelə onlara vətənpərvərlik vətəndaşlıq tərbiyəsinin aşılanması ruhunda baş tutub.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri, sənətşünaslar, gənc alimlər və muzeyin əməkdaşları iştirak ediblər.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılovanın giriş nitqi ilə başlayan tədbirdə muzeyin Ulu Öndər Heydər Əliyevin insanlarla görüşlərindən hazırladığı videoçarx nümayiş olunub.

Dəyirmi masa daha sonra YAP  Gənclər Birliyinin nümayəndəsi Ülviyyə Axundovanın, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin, Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirlinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyevanın, Memarlıq və İncəsənət İnsitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əlləz Əhmədovun, akademik Yusif  Məmmədəliyev adına Neft Kimya Prossesləri İnstitutunun elmi işçisi Yetər Babaşovanın, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin böyük elmi işçisi Əli Abuzərovun mövzu ətrafında tezislərlə çıxışları ilə davam edib.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: