Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

02.02.2023 18:02
  • A-
  • A
  • A+

Hüseyn Cavid irsi gənclər arasında təbliğ olunur

Hüseyn Cavid irsi gənclər arasında təbliğ olunur

1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə 1-2 fevral tarixləri “Açıq qapı” günləri elan olunub.

Gənclər günü çərçivəsində Hüseyn Cavidin Ev Muzeyində “Gənclər arasında Hüseyn Cavid irsinin təbliği” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilib. Muzeyi ziyarət edən 413 gənc Hüseyn Cavidin zəngin ədəbi-bədii irsi, əsərlərinin səhnə taleyi, onun və doğmalarının həyatı haqqında ətraflı məlumat alıb, eyni zamanda, gənclər arasında viktorinalar, bədii qiraət müsabiqələri keçirilib.

Sonda iştirakçı gənclərə şair-dramaturqun muzey tərəfindən nəşr olunan əsərləri hədiyyə olunub, müxtəlif mövzulu mühazirələr oxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: