Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunda 7 dildə “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı buklet çap edilib
08.02.2023 10:05
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda 7 dildə “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı buklet çap edilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı buklet çapdan çıxıb.

Şuşa haqqında həqiqətləri dünya xalqlarına çatdırmaq məqsədilə bukletin materialları Şərqşünaslıq İnstitutunun əməkdaşları tərəfindən rus, ingilis, türk, ərəb, fars və çin dillərinə tərcümə olunub və Azərbaycan dili ilə yanaşı, ayrı-ayrılıqda qeyd edilən 6 dildə də nəşr edilib.

Bukletdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Burada Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri haqqında məlumat verilir. Daha sonra Şuşanın mədəniyyət tarixinə, görkəmli mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar.

Bukletdə, həmçinin Şuşanın işğal edilməsindən, işğal zamanı şəhərdə ermənilər tərəfindən dağıdılan binalardan, tarixi abidələrdən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir.

Oxucuların nəzərinə 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan Azərbaycan torpaqlarının, o cümlədən müharibənin yekununda noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır.

Sonda Şuşa şəhərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: