Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.02.2023 16:12
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi şuranı AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli gündəlikdəki “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər və nəşrlər haqqında”, “Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə dair”, “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinin qeyd olunması haqqında”, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2023-cü il üçün elmi tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında” və digər məsələrlə iştirakçıları tanış edib.

Qarşıda duran vəzifələr barəsində çıxış edən akademik İsa Həbibbəyli görüləcək işlərdən bəhs edib.

Sonra institutun əməkdaşlarından Tahir Məsimov – 75, İlham Məmmədli – 60, Sevil Əfəndiyeva - 75 illik yubileyləri münasibətilə institutun Fəxri fərmanı ilə təltif olunublar.

Elmi şurada Təhsil şöbəsinin müdiri Samir Səttarov “Elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyadan keçməsinə dair” məlumat verib.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı isə gündəlikdəki digər məsələr haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: