Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Ceyms Uebb” teleskopu ilk dəfə asteroidi 100 milyon kilometrdən yuxarı məsafədən aşkar edib
08.02.2023 16:42
  • A-
  • A
  • A+

“Ceyms Uebb” teleskopu ilk dəfə asteroidi 100 milyon kilometrdən yuxarı məsafədən aşkar edib

“Ceyms Uebb” (JWST) kosmik teleskopu ilk dəfə Mars və Yupiterin arasındakı əsas asteroidlər qurşağında yerləşən indiyədək məlum olan ən kiçik asteroidlərdən birini aşkar edib. Obyektin diametri 100-200 metr arası təşkil edir.

Bu kəşf MIRI orta infra-qırmızı diapazonun kamerasının kalibrlənməsi zamanı aşkar edilib. Alətin filtrlərinin işinin düzgünlüyünü yoxlamaq üçün, mühəndislər teleskopu 1998-ci ildə kəşf olunmuş (10920) 1998 BC1 asteroidinə istiqamətləndiriblər. Sınaqların keçirilməsi zamanı alimlər daha bir kiçik kosmik daşı qeydə alıblar.

Sonrakı analizin gedişatında mütəxəssislər müəyyən ediblər ki, MIRI-nin görüş bucağına Yer kürəsinin orbitindən 100 milyon kilometrdən yuxarı məsafədə yerləşən, daha əvvəl məlum olmayan asteroid düşüb. Bu asteroid bu gün üçün tapılmış ən kiçik obyektlərindən biri hesab olunur. Belə kiçik asteroidləri indiyədək heç bir teleskop müəyyən etməyib. Beləliklə, “Ceyms Uebb”in hələ məlum olmayan obyektlər aşkar edə biləcəyini demək olar.

Hazırda astronomlar güman edirlər ki, əsas asteroidlər qurşağında bir milyondan çox kosmik daş var, lakin onlardan 4000-i müəyyən edilib.

naked-science.ru

  • Paylaş: