Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Ümumi yığıncağının gündəliyi təsdiqlənib
15.02.2023 11:05
  • A-
  • A
  • A+

AMEA-nın Ümumi yığıncağının gündəliyi təsdiqlənib

Fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında Akademiyanın Ümumi yığıncağına hazırlıq barədə məsələ müzakirə edilib.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan Ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə Akademiyanın bu il Ümumi yığıncağının mart ayının 16-da keçirilməsinə qərar verilib.

AMEA prezidenti bildirib ki, Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün Akademiyanın cari Ümumi yığıncağının formatında dəyişiklik edilib və bir çox yeniliklər nəzərdə tutulub. Ümumi yığıncaqda “AMEA-nın 2022-ci ildə əsas elmi yekunları və qarşıda duran vəzifələr” mövzusunda əsas məruzədən başqa ilk dəfə olaraq müasir texnologiyaların imkanları ilə dəstəklənən “AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr”, “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış”, “AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində fəaliyyəti”, “AMEA-nın nəşriyyat fəaliyyəti və nəşrləri” mövzularında məruzəyə əlavələrin də müzakirəyə çıxarılacağı nəzərə çatdırılıb. Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq.

Daha sonra geniş müzakirələr aparılıb və AMEA-nın 16 mart 2023-cü il tarixində keçiriləcək Ümumi yığıncağının gündəliyi təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: