Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.03.2023 14:50
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda BDU-nun IV kurs tələbələri təcrübə keçirlər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda BDU-nun IV kurs tələbələri təcrübə keçirlər

Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbələri təcrübə keçirlər.

İnstitutun əməkdaşı k.ü.f.d., dosent Lətifə Həsənova tələbələrə kohorent-sinxronlaşdırılmış oksidləşmə proseslərinin aparıldığı axınlı reaktor sisteminə malik  laboratoriya qurğusunun iş prinsipi  haqqında məlumat verib. Maye və qaz halında ilkin maddələrin reaktora avtomatik ardıcıl verilməsi mexanizmi və alınan maddələrin soyuducu sistemindən keçərək toplanması, analizə ötürülməsi prinsipləri tələbələrə əyani göstərilib və izah edilib.

K.ü.f.d. dosent Sevil Cəfərova yerli filiz tullantılarının oksalat turşusu ilə işlənməsi prosesi və həllolma zamanı alınan məhluldan dəmirin çıxarılması, k.ü.f.d., dosent Aygün Rüstəmova ferrosen-bentonit əsasında katalizatorların sintezi və heteronüvəli FeMnCp2X2O/bentonit (X=Cl,Br) əsaslı katalizatorların sintezi, faza tərkibinin tədqiqi, k.ü.f.d. dosent Sevda Fətullayeva qeyri-toksikliyi, bioloji, ekoloji və fizioloji xassələri ilə praktik tibbdə fəal şəkildə istifadə olunan və çoxsaylı metal ionları ilə komplekslər əmələ gətirən təbii və sintetik polimerlər əsasında effektiv sorbentlər hazırlanması və onların fiziki-kimyəvi xassələrinin öyrənilməsi haqqında məlumat veriblər. Hazırda tələbələrin iştirakı ilə sintez olunmuş polimerin nəmliyi təyin olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: