Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Dendrologiya İnstitutu “Gəncliyimiz gələcəyimizdir” adlı müsabiqə elan edir
02.03.2023 14:49
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu “Gəncliyimiz gələcəyimizdir” adlı müsabiqə elan edir

21-22 may 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dendrologiya İnstitutunda “Gəncliyimiz gələcəyimizdir” adlı foto və əl işlərindən ibarət  rəsm yaradıcılıq müsabiqəsi  keçiriləcək.

Müsabiqə ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində və AR Nazirlər Kabinetinin 7 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” əsasında baş baş tutacaq.

“Gəncliyimiz gələcəyimizdir” adlı əl işlərindən ibarət rəsm və yaradıcılıq müsabiqəsinin keçirilməsində məqsəd Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti əsasında yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.  

Vətənpərvərlik mövzusunda keçirilən müsabiqədə iştirak etmək istəyənlər sərgidə təqdim olunacaq əsərin fotosunu, ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını mayın 10-dək arazli.tunzale@mail.ru ünvanına, əsər və əl işlərini isə əlaqədar şəxsə təqdim etməlidirlər.

Müsabiqəyə ən çox 5 əsər təqdim edilə bilər. Seçim zamanı əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək.

Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

Qaliblər Fəxri  diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

Tel.: (+994 12) 454 10 50; (+994 77) 300 31 73; (+994 77) 424 01 85  

E-mail: arazli.tunzale@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: