Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.03.2023 14:12
  • A-
  • A
  • A+

BDU-nun bir qrup tələbəsi Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçiblər

BDU-nun bir qrup tələbəsi Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçiblər

Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi 1-3 mart tarixlərində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçiblər.

İnstitutun əməkdaşı k.ü.f.d., dosent Şərafət Məmmədov tələbələrə arsen 3-sulfidin sintezi haqqında məlumat verib və sintez prosesi zamanı əmələ gələn kükürdün buxar təzyiqinin qarşısının alınmasını izah edib və əyani göstərib.

Analitik kimya laboratoriyasında müasir analitik kimyada metalların təyini üçün yeni üsulların işlənilməsi haqqında məlumatı dosent Namiq İsmayılov, üzvi-reagentlərin sintezi haqqında məlumatı isə dosent Mələk Ağamalıyeva verib, əyani olaraq təcrübələr göstərilib. Professor İmir Əliyev laboratoriyada  içərisində tədqiqat aparılan ampulaların sorucu cihazda havasının sorulması prosesinin gedişi və alınan nümunələrin (DTA) termiki analiz üsulu ilə və digər fiziki-kimyanın analiz metodu ilə təyin edilməsi haqqında məlumat verib. Tələbələr  laboratoriya  şəraitində  Pb elektrodlu biomimetik sensorun katalaz aktivliyinin öyrənilməsi istiqamətində təcrübələr aparıblar. Mineral sorbentlər laboratoriyasında təbii alümosilikatlar əsasında mineral sorbentlərin alınması prosesi əyani olaraq tələbələrə göstərilib və izah edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: