Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.03.2023 14:50
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu beynəlxalq təşkilatlarla toxum mübadiləsi üzrə əməkdaşlıq edir

Dendrologiya İnstitutu beynəlxalq təşkilatlarla toxum mübadiləsi üzrə əməkdaşlıq edir

Dendrologiya İnstitutu Biomüxtəlifliyin Mühafizəsinə dair həyata keçirilən layihələr çərçivəsində, dünyanın müxtəlif botanika bağları və institutları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində müxtəlif toxum nümunələri əldə edib.

İnstitutun Ağac kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının elmi əməkdaşları müqavilə əsasında “Meyvəçilik və Çayçılıq ETİ Abşeron təcrübə sahəsində” olublar. Laboratoriya əməkdaşları üçün ayrılan torpaq sahəsində tədqiqat işi aparılıb. Mübadilə yolu ilə xarici ölkələrdən alınan toxumlar  “Meyvəçilik və Çayçılıq ETİ  Abşeron təcrübə sahəsində” əkilib.

Yerli kolleksiyadan toplanan toxum növlərindən Nandina Domestica, Amorpha phruticosa, Prosopis farcta Macbride, Melia azedarch, Ceratonia  siliqua L., Spartium juncerum L. və “Ukrayna botanika bağı”ndan mübadilə yolu ilə alınmış toxum növlərindən isə Syringa vulgaris L., Sesbaniya, Syringa pubescens L, Syringa fakrieri, Syringa pekinensis, Syringa amurensis, Chionanthus virginicus, Schizandra chinensis, Callistemon speciosus hibiscus cannabinus  W. növlərinin introduksiyası aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: