Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.03.2023 09:24
  • A-
  • A
  • A+

Torpaqşünas alimlər “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda tədqiqatlar aparıblar

Torpaqşünas alimlər “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda tədqiqatlar aparıblar

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarda tədqiqatlar aparırlar. Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya  İnstitutu ilə “En Pro Sol” MMC arasında imzalanmış müqaviləyə əsasən işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası və reallaşmasında layihələrin həyata keçirilməsində birgə əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanıb.

Müqavilədə məqsəd birinci mərhələdə işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin müəyyən edilməsi və müasir texnologiyalar əsasında rəqəmsal torpaq xəritələrinin tərtib və torpaqlardan səmərəli istifadə olunması üçün tədbir və tövsiyələrin hazırlanmasıdır.

Bu məqsədlə institutun iki əməkdaşı və şirkətin nümayəndəsi Şərqi Zəngəzurda  inzibati rayonlar üzrə tədqiqatlar aparıblar. Səfər zamanı vizual müşahidələr aparılıb, ərazi müxtəlif metodik yanaşmalarla təhlil olunub. Tədqiqat zamanı mövcud əkin altında istifadə olunan ərazilərdən müxtəlif torpaq və su nümunələri  götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: