Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb
09.03.2023 16:38
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatlarının əbədi qəhrəmanlarından olan Məcnunun - Qeys ibn Müləvvəhin gerçək ömür yoluna səyahət edilib.

Bildirilib ki, Məcnun bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış “Leyli və Məcnun” haqqında dastaların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən tərəfindən istifadə edilib, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunub.

Qeyd olunub ki, onuncu yüzilliyin görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi olan Əbülfərəc İsfahaninin “Kitabul-əğani” (Nəğmələr kitabı) Şərqin ən dəyərli yazılı abidələrindən sayılır. Əsərdə Məcnunun eşq macəralarına dair çoxlu yeni materiallar yer alıb.

Akademik R.Hüseynov Qeys ibn Müləvvəhdən sonra, VIII əsrdən etibarən asta-asta təsəvvüfün yaranmağa başladığını deyib. O, Qeys ibn Müləvvəh sufi olduğunu, eşqin şərabını içərək Məcnuna çevirdiyini bildirib.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: