Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.03.2023 17:30
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşları iqlim dəyişmələri mövzusuna həsr olunmuş seminarda iştirak ediblər

Neft və Qaz İnstitutunun əməkdaşları iqlim dəyişmələri mövzusuna həsr olunmuş seminarda iştirak ediblər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda milli enerji məlumatlarının idarə edilməsi sisteminin və enerji statistikasının keyfiyyətinin təmini” üzrə seminar keçirilib.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası və SOCAR-ın nümayəndələri iştirak edib.

Tədbirin əsas məqsədi iqlim dəyişmələri problemi ilə əlaqədar enerji statistikası məlumatlarının keyfiyyətinin təmini və enerji məlumatlarının idarə edilməsi üzrə müəyyən edilmiş əsas məsələlərin həlli istiqamətində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının beynəlxalq ekspertləri tərəfindən tövsiyələrin hazırlanmasından ibarətdir.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin baş mütəxəssisi Məhərrəm Mehtiyev, I kurs magistrantları Aqşin Qaraşlı və Fərid Ələskərov iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: