AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Türkiyənin ölkəmizdə səfərdə olan bir qrup universitet rəhbərləri ilə görüşü qardaş ölkənin mediasında geniş işıqlandırılıb.
Türkiyənin məşhur “Yeni Akit” qəzeti, Qafqaz Xəbər Agentliyi (KHA), eləcə də “yesiligdir”, “benguturk”, “hasulkuhaber”, “adanamasasi”, “guvengazetesi”, “konyabakis”, “bulturk” saytlarında və “Ersin Turan” Youtube kanalında sözügedən görüşə dair geniş məlumat verilib, ölkələrimizin elm və təhsil sahəsində bütün istiqamətlər üzrə qarşılıqlı əlaqələrinin son illərdə daha da möhkəmləndiyi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.