Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.03.2023 17:55
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında genişmiqyaslı iməclik aksiyası keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında genişmiqyaslı iməclik aksiyası keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) yaz fəslinin gəlişi, o cümlədən qarşıdan gələn Novruz bayramı ərəfəsində genişmiqyaslı iməclik keçirilib.

ŞAR-ın struktur bölmələrinin əməkdaşları rəsədxana ərazisində səliqə-səhman yaradılması ilə bağlı təşəbbüsə böyük fəallıqla qoşulublar.

İməclik zamanı institutun inzibati binası, eləcə də ümumilikdə rəsədxananın ərazisi boyunca təmizlik və abadlıq işləri görülüb. Yaşıllıq zolaqlarına qulluq göstərilib, ağaclarda budama işləri aparılıb, dibləri bellənərək, suvarılıb.

Yol kənarları boyunca quru otlar və tullantılar təmizlənib, toplanaraq ərazidən uzaqlaşdırılıb və torpaq ərazilər abadlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: