Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.03.2023 11:45
  • A-
  • A
  • A+

BDU-nun IV kurs tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçirlər

BDU-nun IV kurs tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçirlər

BDU-nun IV kurs tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübələrini davam etdirirlər.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Renium ərintilərinin elektrokimyası və elektrokatalizi laboratoriyasınin müdiri, k.e.d., professor  Elza Salahova  tələbələrə laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas məqsədi və reniumun ikili və üçlü ərintilərinin elektrokimyəvi yolla alınması və alınmış ərintilərin fiziki-kimyəvi xassələrinin öyrənilməsi haqqında geniş məlumat verib, eyni zamanda bu sahədə olan son illərin ədəbiyyat materialları ilə tanış edib.

İnstitutun əməkdaşı k.ü.f.d., Pərvanə Kələntərova laboratoriyada ərintilərin elektrokimyəvi yolla alınması mexanizmini tədqiq etmək məqsədilə İVİUMSTAT cihazından istifadə edilməsi haqqında məlumat verib və əyani olaraq elektrokimyəvi üsulla renium əsasında üçlü ərintilərin alınması üçün elektroliz aparılması təcrübələrini göstərib. Laboratoriyanın elmi işçisi Kəmalə İbrahimova renium ərintilərinin alınması üçün laboratoriyada mövcud olan sxem üzrə elektrolizora birləşdirilmiş qurğudan istifadə edilməklə renium xalkogenid əsasında (ReSe, ReS, ReTe) ikili və üçlü (Re-Se-Cu, Re-S-Cu, Re-Te-Cu) ərintilərinin elektrokimyəvi yolla alınması prosesini əyani olaraq tələbələrə göstərib və izah edib. Sonra sözügedən laboratoriyanın elmi işçisi Samirə Süleymanova tələbələri renium ərintisinin tərkibini analiz etmək məqsədilə SPECORD 50 PLUS cihazının işləmə qaydası ilə tanış edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: