Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.03.2023 19:46
  • A-
  • A
  • A+

İnönü Universitetinin rektorunun akademik İsa Həbibbəyliyə ünvanladığı təşəkkür məktubu qardaş ölkənin mediasında

İnönü Universitetinin rektorunun akademik İsa Həbibbəyliyə ünvanladığı təşəkkür məktubu qardaş ölkənin mediasında

Türkiyənin İnönü Universitetinin rektoru, Prof. Dr. Ahmet Kızılayın AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı təşəkkür məktubu qardaş ölkənin mediasında geniş işıqlandırılıb.

Türkiyənin məşhur “Yeni Akit”, “Önce Vatan” qəzetləri, eləcə də “adanamasasi”, “kastamonuguncel”, “konyabakis” saytlarında Dr. Ahmet Kızılayın ünvanladığı təşəkkür məktubu ilə əlaqədar geniş məlumat verilib, zəlzələ ilə əlaqədar bu çətin zamanlarda verdiyi dəstəyə görə İnönü Universitetinin rektorunun akademik İsa Həbibbəyliyə minnətdarlığı əksini tapıb.

Qeyd edək ki, akademik İsa Həbibbəyli fevralın 6-da Türkiyənin elmi qurumlarına və universitetlərinə qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı başsağlığı məktubları göndərib.

Məktublarda akademik İsa Həbibbəyli dəhşətli zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib, həmçinin bütün xalqımız kimi, AMEA-nın kollektivinin də türkiyəli qardaşlarımızla həmrəy olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: