Xəbər verdiyimiz kimi, AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilir. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) sərgi-yarmarkada Azərbaycan elmi, tarixi, ədəbiyyatı və mədəniyyətinə dair zəngin informasiyaları əks etdirən Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən nəşrləri ilə təmsil olunur.
MEK-in stendini həm ölkə vətəndaşları, həm də xarici qonaqlar ziyarət edir, kitablar və digər tanıtım nəşrləri ilə yaxından tanış olurlar. Pavilyon ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə kitabxanaları arasında əməkdaşlıq sazişinin imzalanması, musiqili təqdimatlar, ALISA proqramının nümayişi nəzərdə tutulub.
Sərgi cəmiyyətdə mütaliənin təbliği, kitabxanalara ictimai marağın artırılması, yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açır.
Qeyd edək ki, sərgi sentyabrın 18-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir