Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.03.2023 15:26
  • A-
  • A
  • A+

“Ana dili” adlı bilik olimpiadası keçirilib

“Ana dili” adlı bilik olimpiadası keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində təhsil alan 9-cu sinif şagirdləri arasında “Ana dili” adlı bilik olimpiadası keçirilib.

İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun icraçı direktoru, dosent Baba Məhərrəmli olimpiadanın 27 Mart Elm Gününə həsr olunduğunu qeyd edib. Alim şagirdlərə uğurlar diləyib.

Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov olimpiadanın qaydaları haqqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Ümumilikdə 7 komanda, hər birində 5 nəfər üzv olmaqla 35 şagird iştirak edib. Olimpiada Azərbaycan dili fənni üzrə 3 mərhələdə aparılıb.

Birinci mərhələdə “Bəkir Çobanzadə”, “Dəmir qanunlar”, “Əlifba”, 21 fevral”, “Dilçilər, “Dil sevdalıları”, “Vurğu” komandaları verilən test tapşırıqlarını həll ediblər. Test tapşırıqları münsiflər üzvləri tərəfindən yoxlanılıb.

Münsiflər heyətində institutun baş direktoru, professor Nadir Məmmədli, icraçı direktor, dosent Baba Məhərrəmli, elmi katib, filologiya elmləri doktoru Aynel Məşədiyeva, dosentlər Təranə Şükürlü, Qətibə Mahmudova, Elnarə Əliyeva, Günel Orucova təmsil olunub.

İkinci mərhələdə beş komanda, üçüncü mərhələdə üç komanda final turuna qatılıb.

Test tapşırıqlarının qiymətləndirilməsinə əsasən “Dilçilər” birinci, “Dil sevdalıları” ikinci, “Vurğu” komandası üçüncü yerə layiq görülüb.

Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli qalib şagirdləri təbrik edib. Bildirib ki, olimpiadanın təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə Azərbaycan dili fənninə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin direktor müavini, dosent Elçin Məmmədov sonda institut rəhbərliyinə öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: