Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.03.2023 16:10
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı Horizon-2020 çərçivəsində keçirilən görüşdə iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı Horizon-2020 çərçivəsində keçirilən görüşdə iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov Avropa Komissiyasının Horizon-2020 proqramı çərçivəsində maliyyələşdirilən “Miqrant probleminə dair tarixlərin və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər” (ITHACA) adlı layihənin konsorsium görüşündə iştirak edib.

Fransanın Paris şəhərində keçirilən görüş Avropanın qədim ali təhsil ocaqlarından və müvafiq layihə konsorsiumunun tərəfdaş təşkilatlarından olan Sorbon Universiteti və Fransanın Elmi Tədqiqatlar üzrə Milli Mərkəzi (CNRS) tərəfindən birgə təşkil olunub. İtaliyanın Modena və Recco nel Emiliya Universiteti layihənin əlaqələndirici təşkilatı, Rövşən Kərimov isə layihənin Coğrafiya İnstitutu üzrə əlaqələndiricisidir. Parisdə keçirilmiş görüşdə miqrasiyaya dair yaradılmaqda olan rəqəmsal ITHACA platformasının məlumat bazasının formalaşdırılması, bununla əlaqədar qarşıya çıxan çətinliklər, layihənin icrasının texniki-maliyyə aspektləri, cari ildə tərəfdaş təşkilatlar tərəfindən birgə həyata keçiriləcək fəaliyyətlər və digər məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: