Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.03.2023 16:38
  • A-
  • A
  • A+

Mikrobioloq alimlər beynəlxalq konfransda çıxış ediblər

Mikrobioloq alimlər beynəlxalq konfransda çıxış ediblər

AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının əməkdaşları - b.e.d. Nəriman İsmayılov, b.e.d., dos. Samirə Nəcəfova və b.ü.f.d. Aygün Qasımova Moskvada Rusiya Təbiət Elmləri Akademiyasının təşkilatçılığı ilə onlayn formatda keçirilən “Ərazilərin ekoloji, iqtisadi və sosial inkişafının regional strategiyaları və layihələrinin idarə edilməsi” adlı beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

A.Qasımova tədbirdə “Abşeron yarımadasında ekoloji problemlərin həlli üçün resursalara qənaət edən, tullantısız biotexnoloji layihələrin işlənib hazırlanması üçün regional bioresursların sistemli təhlili” (“Системный анализ региональных биоресурсов для разработки проектов ресурсосберегающих, безотходных биотехнологий для решения экологических проблем на Апшеронском полуострове”) adlı məruzə ilə çıxış edib.

Məruzədə Abşeron yarımadasında texnogen təsirə (neft, neft məhsulları və ağır metallarla çirklənmiş) məruz qalmış torpaq və su hövzələrinin bioloji aktivliyinin artırılması, regionda olan bioloji resurslardan istifadə etməklə bərpa üsullarının perspektivləri haqqında konfrans iştirakçılarına məlumat verilib.

Məruzə konfrans iştirakçılarının marağına səbəb olub, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: