Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.04.2023 09:24
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Ukraynanın Q.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetində “Şərqşünaslıq: aktuallığı və perspektivləri” mövzusunda keçirilmiş IV beynəlxalq elmi-metodiki konfransda onlayn şəkildə iştirak ediblər.

Azərbaycan, Türkiyə, Gürcüstan, Yaponiya, Koreya, Kanada və digər ölkələrin alimlərinin qatıldığı onlayn konfransda institutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin elmi işçisi Xatirə Kərimova “Azərbaycan şərqşünaslığının tanınmış simaları”, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Sevinc Rəhnulla “Qori müəllimlər seminariyası və onun ilk türk dili müəllimi”, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla “Əli əl-Kərəki əl-Amili və onun “Risalə ər-Ridaiyyə” əsərinin Bakı əlyazma nüsxəsi haqqında” mövzularında məruzə ediblər.

Tədbirin sonunda institut əməkdaşları konfransda iştiraklarına görə sertifikatlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: