Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Biomimetik sensorlar və azot-1-oksid ilə oksidləşmə laboratoriyasında TPhPFe3+/Al2O3/Pb biomimetik sensorun kataliz aktivliyi potensiometrik metodla müəyyən edilməsi və tədqiqatlar nəticəsində H2O2-in 10-6 kütlə faizinin təyin olunması əyani olaraq tələbələrə göstərilib, Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar laboratoriyasında homotsiklik birləşmələrdən istifadə edərək katalizatorların alınması üzrə reaksiyalar aparılıb.
İnstitutun Analitik kimya laboratoriyasında Gülü Abbasova tələbələri üzvi liqandların və komplekslərin sintezi prosesi ilə tanış edib, tələbələr qlisinhidrazid və 5-bromsalisil aldehidi əsasında sintez olunub liqandların manqanla kompleksinin alınması prosesini müşahidə ediblər.
Kompozisyon örtük materialları və korroziyadan mühafizə laboratoriyasında metalın və ərintinin korroziya sürətinin temperaturdan, məhlulun qatılığından, fırlanma sürətindən və ya hidrodinamik şəraitdə işləyən qurğu əyani olaraq tələbələrə göstərilib. Eyni zamanda fosfat anionlarının sorbsiyası üçün Nanokompozit katalizatorlar laboratoriyasında karbonitrad əsasında bir sıra adsorbentlərin sintez olunması prosesində tələbələr yaxından iştirak ediblər.
Bundan başqa, tələbələr Nadir metalların kompleks birləşmələri laboratoriyasında bioloji liqandlarla Mn(II), Cu(II), Co(II) kompleks birləşmələrin müxtəlif reaksiyalarını aparıb, alınmış birləşmələrin bəzi xassələrini fiziki-kimyanın müxtəlif metodları ilə öyrəniblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.