Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.04.2023 15:10
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib

Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Sözügedən müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib.

İnstitutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilib. Vakant olan vəzifələri tutmaq üçün dərc olunmuş elana əsasən seçkilər keçirilib. AMEA-nın müxbir üzvü Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin yazdıqları “Heydər Əliyev və Qafqaz problemləri” adlı kitabı  və 3 may 2023-cü il tarixində keçiriləcək “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransının materialları çapa tövsiyə edilib.

İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: