Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.04.2023 16:35
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda iməcilik keçirilib

Geologiya və Geofizika İnstitutunda iməcilik keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasında təsdiq edilmiş tədbirlər planına uyğun olaraq sözügedən elm ocağında Ulu Öndərin yubileyinə həsr olunmuş iməcilik keçirilib.

GGİ-nin baş direktoru, akademik Akif Əlizadənin iştirakı ilə reallaşan iməcilikdə institut binası ətrafındakı torpaq sahəsinə yeni ağac, bəzək kolları, gül-çiçək növləri əkilib, mövcud yaşıllıq sahəsi alaqdan təmizlənib, ağaclara qulluq göstərilib, inzibatı binanın ətrafında səliqə-səhman işləri aparılıb.

Tədbirdə institutun gəncləri xüsusi fəallıq nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: