Milli Azərbaycan Tarixi Muzeyində Rusiyanın «Россия-Культура» (“Rusiya-Mədəniyyət”) kanalının sifarişi ilə yeni layihə çərçivəsində sənədli film çəkilişləri aparılıb.
Çəkiliş muzeyin Arxeologiya fondunda qorunan Qafqaz Albaniyası ilə bağlı kolleksiyaların mövzusuna həsr olunub. Çəkiliş zamanı Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov əsasən alban döyüşçüsünün silah-sursat toplusu, Mingəçevir arxeoloji kompleksindən xristianlığa aid tapıntılar (VI əsrə aid məbədin daş paytaxtı, şamdan və alban yazıları olan qablar, xaçlar) və digər artefaktlarla bağlı müsahibə verib.
Çəkiliş bitdikdən sonra sözügedən sənədli filmin müəllifi və rejissoru Yevgeni Bezborodov muzey rəhbərliyinə öz minnətdarlığını bildirib.
Sonda qonaqlar məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.