Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Seysmoloji Xidmət Mərkəzində Türkiyənin zəlzələ bölgələrində aparılmış seysmik tədqiqatlarla bağlı mətbuat konfransı keçiriləcək
18.04.2023 13:50
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzində Türkiyənin zəlzələ bölgələrində aparılmış seysmik tədqiqatlarla bağlı mətbuat konfransı keçiriləcək

19 aprel 2023-cü il tarixində saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində qardaş Türkiyə Respublikasında baş verən zəlzələ ilə bağlı Kahramanmaraş şəhərində azərbaycanlı mütəxəssislər tərəfindən aparılan geofiziki, mühəndisi - seysmik tədqiqatlarla bağlı mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında zəlzələ bölgələrində hazırda müşahidə olunan seysmik vəziyyət açıqlanacaq, ərazidən ən son görüntülər təqdim olunacaq.

Bütün jurnalistlər tədbirə dəvət olunur.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi 25 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: