Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

10.05.2023 12:07
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş muzeyin açılışı olub

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş muzeyin açılışı olub

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş muzeyin açılış mərasimi keçirilib.

Tədbiri AMEA-nın birinci vitse-prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimov açaraq bildirib ki, Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayır. O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, xüsusən Fizika İnstitutunun fəaliyyətinin uğurlu olmasında Ulu Öndərin müstəsna rolu olub. A.Həşimov muzeylə yanaşı, institutda Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi fəaliyyətini və 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərini əks etdirən stendlərin də quraşdırıldığını vurğulayıb.

Akademik qeyd edib ki, bu gündən etibarən muzey fəaliyyət göstərəcək, institutun əməkdaşları mütəmadi olaraq, muzeyi ziyarət edə bilərlər.

Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş muzeylə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: