Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
15.05.2023 16:15
  • A-
  • A
  • A+

“Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şə­­həri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu­nun­­la əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Şu­­şa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edil­mə­­si ilə bağlı tədbirlər haqqında” 06 dekabr 2022-ci il tarixli Sərəncam im­za­la­mış­dır. Həmin Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Ka­bi­ne­ti 7 fevral 2023-cü ildə “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mə­də­niy­­yət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq etmişdir.

Həmin Tədbirlər Planının 15-ci maddəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti qu­­rumlarla birgə 19 oktyabr 2023-cü ildə “Əhməd  Ağaoğlu və Türk dü­nyası” möv­zu­­sunda beynəlxalq elmi konfrans keçirəcək.

Konfransın problematikası:

1. Əhməd Ağaoğlunun həyatı, mühiti və şəxsiyyəti

2. Əhməd Ağaoğlunun bədii yaradıcılığı və ədəbiyyatşünaslıq fəaliyyəti

3. Əhməd Ağaoğlunun mətbu fəaliyyəti və publisistikası

4. Əhməd Ağaoğlunun epistolyar irsi

5. Əhməd Ağaoğlunun ictimai-siyasi fəaliyyəti

6. Əhməd Ağaoğlunun dünyagörüşü

7.  Əhməd Ağaoğlunun Türk birliyi idealı tarixilik və müasirlik kontekstində

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis

Konfransa qatılma şərtləri:

Özət və tam mətnin təqdim edilməsi və qiymətləndirilməsi:

Konfransa Azərbaycandan və xarici ölkələrdən uyğun araşdırmaçılar qatıla bi­lər­lər. Bunun üçün araşdırmanın məqsədi, metodu, istifadə olunacaq mənbələr və müm­kün elmi nəticələr daxil olmaqla, ən azı 1500 işarədən ibarət özət (tezislər) 15 iyun 2023-cü ilə qədər muhaciret2023@gmail.com ünvanına göndərilməlidir. Özətlər sahə mütəxəssisləri tərəfindən konf­rans möv­zularına, elmi tədqiqat metodlarına uyğunluq və tədqiqatın orijinallığı ba­­xı­mın­dan qiymətləndirildikdən sonra müvafiq qərar veriləcək.

Konfransa göndərilən məqalələr daha əvvəl heç bir yerdə çap edilməməli, nəşr olun­muş kitabın, müdafiə edilmiş dissertasiyanın fəslində, əsas başlığında və ya alt başlığında yer almamalıdır.

Məqalənin tərtib olunma qaydaları:

- Mətnlər  A4 formatında, sözlər sətirdən-sətrə keçirilmədən yığılmalı;

- Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməli;

- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla, mi­­nimum 16000, maksimum 32000 işarə olmalıdır.

- Məqalə Times New Roman - 14 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 ol­maq­­­la yazılmalı;

- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə ki­­­çik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi də­­­rəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməli;

- Məqalənin mətni Azərbaycan dilində yazılarsa, ingilis və rus dillərində, türk di­­­lində yazılarsa, ingilis dilində, ingilis dilində yazılarsa, Azərbaycan dilində xülasə ve­­rilməli;

- Xülasənin həcmi 150-250 söz olmalı;

- Hər bir xülasədə məqalənin adı, müəllif(lər)in tam adı göstərilməli;

- Xülasələrin yazıldığı dillərdə minimum 5 açar söz verilməli;

- Ədəbiyyat siyahısı istifadə olunma ardıcıllığı ilə tərtib edilməli, məqalədə is­ti­­nadlar düz mötərizə daxilində verilməli (məs: [5, s.12]);

- İstifadə edilmiş ədəbiyyat siyahısında hər bir istinad haq­qın­da məlumat elmi məqalələr üçün biblioqrafik təsvirə uyğun verilməlidir.

KONFRANS TƏQVİMİ

Konfransın elan tarixi: 15 may 2023                                                         

Məruzə özətlərinin göndərilməsi üçün son tarix: 15 iyun 2023           

Qəbul edilən özətlərin elanı: 25 iyun 2023                                        

Məruzənin tam mətninin göndərilməsi üçün son tarix: 25 iyul 2023  

Qəbul edilən tam mətnlərin elanı: 25 sentyabr 2023                     

Konfrans proqramının elanı: 5 oktyabr 2023                    

Konfrans materiallarının nəşri: dekabr 2023

Konfransın Təşkilat Komitəsinin elektron ünvanı: muhaciret2023@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: