Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gənc dilçi doktorant və dissertantların I respublika "Sələflər - xələflər" elmi konfransı keçiriləcək
09.04.2025 14:45
  • A-
  • A
  • A+

Gənc dilçi doktorant və dissertantların I respublika "Sələflər - xələflər" elmi konfransı keçiriləcək

13 may 2025-ci il tarixində gənc dilçi doktorant və dissertantların I respublika "Sələflər - xələflər" elmi konfransı keçiriləcək.

Konfrans aşağıdakı bölmələr üzrə aparılacaq:

- Azərbaycan dilçiləri

- İnternet məkanında Ana dili

- Dillərin tədrisi metodikası

- Müqayisəli-tipoloji dilçilik

- Dil və üslub məsələləri

- Dialektologiya və ədəbi dil məsələləri

- Türkologiyanın aktual problemləri

- Terminologiya və onomastika məsələləri

- Nəzəri və tətbiqi dilçilik

- Hind-Avropa dilləri.

İştirakla bağlı məlumat və məqalə elektron formada  1 may 2025-ci ildən gec olmayaraq, seleflerxelefler2025@gmail.com ünvanına göndərilməlidir.

Konfransın işçi dilləri: Azərbaycan dili.

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix - 1 may 2025-ci il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi - 6 may 2022-ci il

Konfransın plenar iclası və bölmə iclasları - 13 may 2022-ci il.

Məqalənin tərtibi qaydaları:

- Həcm: ingilis dilində xülasə ilə birlikdə 5 səhifə, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, s.14-15] və ya [2, s.17; 7, s.233-234].

Məqalənin strukturu:

1. Müəllifin soyadı, adı, atasının adı , elmi dərəcəsi qalın şriftlə

2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə

3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcəkdir.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ 1073. Bakı, Hüseyn Cavid pr., 115 (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, V mərtəbə, 538-ci otaq).

E-mail:  seleflerxelefler2025@gmail.com

Tel.: (+994 55) 534 71 89

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: