23 may 2025-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102 illiyi və MEK-in 100 illiyinə həsr olunmuş “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransda iştirak etmək istəyən tədqiqatçılar və mütəxəssislər aşağıdakı istiqamətlər üzrə məqalələr təqdim edə bilərlər: Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti, rəqəmsal kitabxanaların formalaşdırılması və idarə olunması, elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə, kitabxanalarda istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalar, interaktiv multimedia və rəqəmsal sərgilərin təşkili.
Məqalələr mekkonfrans.az@gmail.com ünvanına göndərilməlidir. Konfrans haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Qeyd edək ki, konfrans materialları jurnal şəklində MEK-in rəsmi saytında yerləşdiriləcək və eyni zamanda çap formatında da nəşr olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.