Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.05.2025 15:32
  • A-
  • A
  • A+

28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev bildirib ki, 1918-ci il 28 Mayda Azərbaycan xalqının milli dövlətçilik tarixində yeni dövr mərhələsinin ilk səhifəsi açıldı. Azərbaycan xalqı əsrlərdən gələn dövlətçilik ənənələrinə əsaslanaraq modern Azərbaycan dövlətinin və azərbaycançılıq ideyasının əsasını qoydu. İlk Cümhuriyyətimiz qısa ömürlü olsa da o, xalqımızın qəlbində uzun əsrlər boyu davam edəcək müstəqil milli dövlətçilik hisslərini alovlandırdı. Sonrakı nəsillər də bu dövlətçiliyin qorunub saxlanılması uğrunda gizli və açıq mübarizədə öz fədakarlıqlarını nümayiş etdirdilər. “Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” – deyə F.Quliyev çıxışının sonunda vurğulayıb.

Daha sonra çıxış edən institutun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin əsas tarixi məqamlarından söz açdı. Natiq bildirib ki, Müstəqillik Günü bizim xalqın igidliyinin və yorulmaz mübarizəsinin təntənəsi günüdür.

Tarix elmləri doktoru, dosent Vəfa Mahmudova çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti XX əsrdə müasir dövlətçiliyimizin dövlət atributlarını yaratdı. Dövlətçilik ideyasını tarix boyu yaratmış və daşıyan Azərbaycan xalqı bu gün də həmin dövlət atributlarını qorumuş və bütün dünyaya tanıtmışdır.

İnstitutun şöbə müdiri, t.ü.f.d., dosent Akif Quliyev XX əsrin əvvəllərində xalqımıza və yenicə yaranmış müstəqil dövlətimizə qarşı olan qüvvələrin məğlub edilməsində Azərbaycanın fədakar övladlarının və Qafqaz İslam Ordusunun mübarizəsindən söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: