Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2023 10:58
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin futbol komandasının üzvləri AMEA-nın Yer Elmləri Bölməsi tərəfindən təltif olunublar

Seysmoloji Mərkəzin futbol komandasının üzvləri AMEA-nın Yer Elmləri Bölməsi tərəfindən təltif olunublar

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Spartakiada çərçivəsində keçirilən futbol yarışında çempion olan RSXM-nin futbol komandasının üzvlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, icraçı direktor, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və mərkəzin kollektivi iştirak ediblər.

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli RSXM-nin futbol komandasının üzvlərini çempion olması münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin Fəxri fərmanı və medalları ilə təltif edib. Həmçinin komanda üzvləri pul mükafatı ilə də təltif olunublar. 

Professor Qurban Yetirmişli komanda üzvlərinə gələcəkdə həm elm, həm də idman sahəsində uğurlarının davamını arzulayıb.

Xatırladaq ki, 2018-ci ildə də AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatların komandalarının yarışdığı II Spartakiada çərçivəsində RSXM-nin futbol komandası qalib olaraq, birinci yerə çıxmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: