Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.05.2023 14:28
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun alimləri çaylarda monitorinqlər aparıblar

Radiasiya Problemləri İnstitutunun alimləri çaylarda monitorinqlər aparıblar

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) əməkdaşları fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və Qeys İbrahimov cənub bölgəsində yeni monitorinqlər aparıblar.

Bölgənin transsərhəd çaylarında, Biləsuvar rayonunda yerləşən Balharı su anbarında, Balharı çayında, Yardımlı rayonundakı Təkdam şəlaləsində, Masallıdakı İstisuda, həmçinin Pensərçayın Astara rayonundan keçən hissəsində icra olunan monitorinqlərdə suyun tərkibində və dib çöküntülərində radioekoloji müşahidələr aparılıb, eləcə də kimyəvi tədqiqatlar üçün nümunələr götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: