Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.05.2023 16:30
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü keçirilib

Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü keçirilib

Beynəlxalq Muzeylər Günü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında ənənəvi olaraq “Açıq qapı” günü təşkil edilib.

“Açıq qapı” günündə şəhid ailələri, hərbçilər, rayon sakinləri, şəhərin qonaqları, eləcə də rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəsisələrindən çoxlu sayda ziyarətçilər muzeyin qonağı olub və zəngin ekspozisiya ilə ödənişsiz tanış olublar. Gün ərzində əməkdaşlar muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, klassik ədəbiyyatımız barədə ətraflı məlumat verib, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış ediblər.

Bu il Muzeylər Günü “Heydər Əliyev İli”nə təsadüf edir və bu baxımdan muzeydə yaradılan Heydər Əliyev guşəsində ziyarətçilərə milli-mənəvi dəyərlərimiz, folklorumuz,  dil tariximiz, musiqimiz, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı Ulu Öndərin gördüyü işlər, verdiyi tarixi qərarlar, dahi liderin proqram xarakterli çıxışları barədə muzey əməkdaşları ziyarətçilərə geniş məlumat veriblər.

Muzeyi ziyarət edən qonaqlar muzeyin ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.

Ziyarətçiləri, xüsusilə şagirdləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırılıb. Qonaqlar muzeyin rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.

Ekspozisiyalar qarşısında məktəblilərin klassiklərin əsərlərindən ibarət hazırladıqları kompazisiyalar ziyarətçilərin alqışına  səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: