Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.05.2023 09:15
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

Hüseyn Cavidin Ev Muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibəti ilə “Açıq qapı” günü elan olunub.

“Açıq qapı” günü münasibəti ilə gün ərzində muzeyi Bakı şəhərinin və paytaxta yaxın rayon və qəsəbələrin orta məktəblərinin şagirdləri, müxtəlif ali məktəblərin tələbələri və müəllimləri, həmçinin digər qonaqlar ziyarət edib. Tamaşaçılara muzeyin bələdçiləri tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin ekspozisiyasında sərgilənən dəyərli eksponatlar haqqında ətraflı məlumat verilib.

Ümumilikdə muzeyi 630-a yaxın tamaşaçı ziyarət edib.

Bu günün əsas məqsədi milli-mədəni irsimizin qorunması və təbliğindən ibarətdir. 18 may həm də muzey işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: