Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2023 14:30
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşı Tunisdə məruzə ilə çıxış edib

Ədəbiyyat İnstitutunun əməkdaşı Tunisdə məruzə ilə çıxış edib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli Tunisdə keçirilən VI Beynəlxalq müasir araşdırmalar konqresində məruzə ilə iştirak edib.

Konqres Türkiyənin Mardin Artuklu Universiteti, Nüfuzlu Elm Dərnəyi (Saybilder) və Tunisin Karfagen və İbn Xaldun Universitetləri tərəfindən təşkil olunub.

Tədbirə dünyanın 23 ölkəsindən (Azərbaycan, BƏƏ, Əlcəzair, Çin Xalq Respublikası, Mərakeş, Fələstin, İraq, İspaniya, Qətər, Qırğızıstan, Kosovo, Küveyt, Liviya, Misir, Nigeriya, Seneqal, Sloveniya, Sudan, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Oman, İordaniya və s.) məruzəçilər qatılıb.

Pərvanə Məmmədli konqresdə “Cənubi Azərbaycan qadınlarının səsi və dili” adlı məruzə ilə çıxış edib. Alimin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb, ona mövzu ilə bağlı suallar ünvanlanıb.

Pərvanə Məmmədli Tunisin Karfagen və İbn Xaldun Universitetləri, eləcə də Türkiyənin Mardin Artuklu Universiteti tərəfindən xüsusi sertifikat və təşəkkürnamə ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: