Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2023 15:57
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda CİS üzrə 3 günlük təlim təşkil edilib

Coğrafiya İnstitutunda CİS üzrə 3 günlük təlim təşkil edilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və İtaliyanın Milli Tədqiqat Şurasının (MTŞ) “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CİS əsasında tədqiqi” layihəsi çərçivəsində 3 günlük təlim təşkil edilib.

Coğrafiya İnstitutunda ödənişsiz olaraq SNAP proqram təminatından istifadə etməklə “Məsafədən zondlama: ətraf mühitin monitorinqi üçün peyk  müşahidə mənbələri” mövzusunda təşkil edilən dərslər italiyalı professor Gian Luigi Liberti tərəfindən aparılıb.

Təlimlərin son günü iştirakçılara sertifikat təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: