Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.05.2023 10:02
  • A-
  • A
  • A+

MEK-də “Elmira Axundova – 70” adlı sərgi təşkil edilib

MEK-də “Elmira Axundova – 70” adlı sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, ictimai-siyasi xadim Elmira Axundovanın doğum günü münasibətilə kitab sərgisi təşkil edilib.

Sərgidə “Sabahımızı düşünərək”, “Əl-Fərahimin musiqişünaslıq görüşləri”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilən “Kreml beşilliyi”, “Qayıdış”, “Hakimiyyət yükü altında” tədqiqatları, rus və özbək dillərində “İlham Əliyev”, “Həmkarlarımla üz-üzə”  kitabları nümayiş olunur.

Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: