Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.05.2023 17:00
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutu ilə Rusiyanın Neft və Qaz Problemləri İnstitutu arasında memorandum imzalanıb

Neft və Qaz İnstitutu ilə Rusiyanın Neft və Qaz Problemləri İnstitutu arasında memorandum imzalanıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans çərçivəsində Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutu arasında memorandum imzalanıb.

Memorandumu Neft və Qaz İnstitutu tərəfindən baş direktoru, akademik Fəxrəddin Qədirov, Neft və Qaz Problemləri İnstitutu tərəfindən isə elmi işlər üzrə direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vasili Boqoyavlenski imzalayıblar.

İmzalanmış memorandumda birgə geoloji və geofiziki tədqiqatların aparılması üçün elmi və texniki əməkdaşlıq məsələləri öz əksini tapıb. Elmi və texniki  əməkdaşlığın Yerin və okeanın dibinin geoloji quruluşunun öyrənilməsi, təbii, təbii-texnogen və ekoloji proseslərin inkişafının müəyyənləşdirilməsi və öyrənilməsi üzrə aparılması planlaşdırılır.

Birgə çöl tədqiqatlarının təşkili və aparılması, habelə müxtəlif geoloji və geofiziki məlumatların, o cümlədən kosmosdan Yerin zondlanması, pilotsuz uçuş aparatlarından istifadə etməklə əldə edilən məlumatların emalı və şərhi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: