Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunun əməkdaşı Ankarada keçirilən beynəlxalq konfransda məruzə edib
31.05.2023 17:16
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı Ankarada keçirilən beynəlxalq konfransda məruzə edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Türkiyənin paytaxtı Ankarada keçirilən VII Biltek Beynəlxalq elmi tədqiqatlar və mövcud inkişaflar konfransında iştirak edib.

Şərqşünas alim konfransda “Real tarixi hadisələrə əsaslanan qətliamların bədii ədəbiyyat vasitəsilə dünya ictimaiyyətinə çatdırılması” mövzusunda məruzə ilə çıxış edib. Ermənistan tərəfindən yaxın keçmişimizdə törədilən, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında ən ağırı sayılan Xocalı soyqırımını da xatırladan məruzəçi vurğulayıb ki, bu kimi tarixi hadisələrin unudulmaması, məzlumların haqq səsinin geniş ictimaiyyətə, dünya birliyinə çatdırılmasında doğru vasitələrdən biri də ədəbiyyatdır.

Rusiya, Gürcüstan, Rumıniya, Mərakeş, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, İndoneziya və digər ölkələrdən çox sayda elm adamlarının iştirakı ilə keçirilən konfransda müharibə dəhşətlərinin ədəbiyyatda real inikası məsələlərinə həsr olunmuş məruzə maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: