Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.06.2023 16:55
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, Vikipediya qrupunun rəhbəri Aida Aslanova azərbaycandilli vikipediyanın inzibatçısı Toğrul Rəhimli ilə birlikdə Yunanıstanın Afina şəhərində keçirilmiş beynəlxalq “Wikimedia Hackaton - 2023” tədbirində ölkəmizi təmsil edib.

Yunanıstanın zəngin “Texnopolis” ərazisində keçirilən tədbirdə Almaniya, Fransa, ABŞ, Kanada, Braziliya, Portuqaliya, Norveç, İspaniya, İndoneziya, Litva, İsveç və başqa ölkələrdən olan vikipediyaçılar və təlimçilər iştirak ediblər. İştirakçılara Vikimedianın texniki tərəflərini mənimsəmə və gələcək yeniliklərə yiyələnmək üçün proqramlaşdırma alətləri ilə işləmək mövzularında geniş təlimlər keçirilib.

Vikipediyaçılara müxtəlif “JSON” sorğuları vasitəsilə Vikipediyadakı məlumatların işlənmə prinsipləri və onların idarəsi haqqında geniş nəzəri və praktiki təlimlər keçirilib, yeni istifadəyə verilmiş Vikipediya alətlərinin təqdimatları baş tutub. İştirakçılar Vikipediyada müxtəlif proqramlaşdırma dillərində hazırlanmış kompleks şablonlar, modullar və qadcetlərin yaradılması, təkmilləşdirilməsi və yenilənməsi üzrə metodlara yiyələnərək onları müxtəlif Vikipediya bölmələrində tətbiq ediblər.

Tədbirin sonunda konfrans iştirakçıları üçün Afinanın görməli yerlərinə - tarixi ərazilərə, muzeylərə tur təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: