Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunda illik hesabatlar dinlənilib
07.11.2024 14:35
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunda illik hesabatlar dinlənilib

Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru b.e.d., professor Ulduz Həşimova iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

İlk olaraq institutun laboratoriyalarının illik hesabatları dinlənilib. İclasda Kliniki neyrofiziologiya laboratoriyasının müdiri t.e.d., professor Əli Allahverdiyev, Ekotoksikologiya laboratoriyasının müdiri b.ü.f.d., dosent Qriqoriy Palatnikov, Bioloji fəal maddələrin farmakologiyası laboratoriyasının müdiri b.ü.f.d., dosent Xanağa Babayev hesabat məruzələri ilə çıxış ediblər. Laboratoriya rəhbərləri cari ildə aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, nəşriyyat fəaliyyəti, müxtəlif elmi tədbirlərdə çıxışlar, təşkilati fəaliyyət və digər məsələlər haqqında ətraflı məlumat veriblər. Sonra hesabatlar ətrafında geniş müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

İclasda 2024-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların fərdi iş planları müzakirə edilərək təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: