Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.11.2024 11:42
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqının sədri Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib

AMEA Azad Həmkarlar  İttifaqının sədri Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Milli Müdafiə Universitetinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Qəzənfər Ağayev, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsürsuz xidmətə görə” və “İgidliyə görə” medalları ilə təltif edilmiş qazi, ehtiyatda olan mayor Süleyman Heydərov, 44 günlük Vətən müharibəsi şəhidi Şahmar Mənəfovun həyat yoldaşı Bəyim Mənəfova Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr. Sədr müavinləri iştirak edib.

Tədbirdə Şəhidlərin Xatirə Kompleksi ziyarət olunmuş və tarixi zəfərin siyasi əhəmiyyətinə, Ali Baş Komandanın yaratdığı yeni reallıqlara həsr olunmuş məruzə və çıxışlar dinlənilmişdir. Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin dünyada nümayış etdirdiyi siyasi iradə, regionda sabitlik və sülh istiqamətindəki fəaliyyəti geniş müzakirə edilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: