Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2025 09:52
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları gənc tədqiqatçıların Ulu Öndərə həsr olunmuş respublika konfransında iştirak ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları gənc tədqiqatçıların Ulu Öndərə həsr olunmuş respublika konfransında iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Qlobal çağırışlar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransında iştirak ediblər.

Azərbaycan, Pakistan, Özbəkistan, Belarusiya və bir sıra ölkələrdən aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrinin alim və mütəxəssislərinin qatıldığı konfransda institutun baş kitabxanaçısı Lalə Hüseynova “Heydər Əliyev və Azərbaycan mətbuatı: milli kimliyin qorunması və inkişafı”, kiçik elmi işçisi Ramidə Abbasova “Heydər Əliyev və Qərbi Azərbaycan: tarixi yaddaş, milli kimlik və dövlətçilik konsepsiyası”, laborantı Aytən Musayeva isə “Azadə Musabəylinin türkdilli əlyazmalarının tədqiqində elmi-mətnşünaslıq yanaşmaları” mövzularında məruzə edib, çıxışlarına görə Qərbi Kaspi Universitetinin sertifikatı ilə təltif olunublar.

Qeyd edək ki, konfransın əsas məqsədi müasir dövrün qlobal problemləri - iqlim dəyişikliyi, texnoloji transformasiyalar, enerji təhlükəsizliyi, miqrasiya, süni intellektin inkişafı və sosial-iqtisadi bərabərsizlik kimi məsələlərin elmi müstəvidə müzakirəsi və bu problemlərə gənc tədqiqatçıların baxış bucağından yanaşmaların ortaya qoyulması olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: