31 may - 2 iyun tarixlərində Bakı şəhərində keçirilən Bakı Enerji Həftəsinin brendi altında “Caspian Power” və “Caspian Oil & Gas” sərgiləri keçirilir.
Bakı Ekspo Mərkəzində baş tutmuş sərgiyə dünyanın nüfuzlu şirkətləri olan ACWA Power, BP, Equinor, Türkiye Petrolleri, TechnipFMC, Tenaris, TotalEnergies, Uniper, Azeri MI Drilling, AZFEN, Baku Steel Company, Equinor, Caspian Drilling və digər şirkətlər də qatılıb.
Sərgidə Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, baş mühəndis Ehtibar Əliyev, Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov, institutun əməkdaşları Fatimə Bayramova, Rahilə Əliyeva və Sahilə Nəsibova da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.