Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinə yeni müdir təyin olunub
07.06.2023 17:00
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinə yeni müdir təyin olunub

Filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinə müdir təyin olunub.

Günay Qarayeva 1998-ci ildən Ədəbiyyat İnstitutunda çalışır. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistr pilləsini bitirib. 2008-ci ildə “Müasir peyzaj lirikası” mövzusunda namizədlik işini müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi, 2014-cü ildə dosent elmi adı almışdır. Hal-hazırda “XX əsr Azərbaycan şeirində bədii simvol” doktorluq dissertasiyası üzərində işləyir. Respublika və beynəlxalq konfranslarda məruzələr etmiş, məqalələri yerli və beynəlxalq nüfuzlu jurnallarda dərc olunmuşdur. İki monoqrafiya və 70-dən çox elmi, publisistik məqalənin müəllifidir. Günay Qarayeva pedaqoji fəaliyyətlə də məşğuldur. 2006-cı ildən Bakı Slavyan Universitetində çalışır. Universitetin “Azərbaycan ədəbiyyatı” kafedrasının dosentidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: