Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.06.2023 11:14
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunun əməkdaşları ezamiyyətdə olub

Mikrobiologiya İnstitutunun əməkdaşları ezamiyyətdə olub

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Fitopatogen mikroorqanizmlər və bioloji nəzarət laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Günel Qasımova və laboratoriyanın əməkdaşlarından elmi işçi Vəfa Həsənova, kiçik elmi işçi Fəridə Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun təcrübə sahələrində olublar.

Ezamiyyədə məqsəd iki qurum arasında elmi əməkdaşlığı davam etdirmək, eləcə də Mikrobiologiya İnstitutunun tematik planına müvafiq olaraq nümunələr götürüb müşahidələr aparmaqdır. İnstitut əməkdaşları təcrübə sahələrində olaraq xəstəlik ehtimalı olan yem bitkilərindən və torpaqlardan nümunələr götürüb. Götürülən nümunələr instututun Fitopatogen mikroorqanizmlər və bioloji nəzarət laboratoriyasında analiz ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: